Svitçlər
Svitçlər ilə tanış olun.
TP-Link svitçlər müasir şəbəkələr üçün etibarlı və sərfəli həll təqdim edir. Ev, ofis və kiçik biznes mühitində stabil bağlantı yaratmaq istəyənlər üçün bu şəbəkə svitçi modelləri yüksək performans, asan quraşdırma və uzunömürlü işləmə ilə seçilir. TP-Link-in Gigabit svitç seriyası böyük faylların sürətli ötürülməsi, 4K video axını və onlayn oyunlar üçün ideal sürət təmin edir.
Məhsulların əsas üstünlükləri arasında Plug & Play (əlavə sazlama olmadan işləmə), enerji qənaəti üçün Green Ethernet texnologiyası, həmçinin daha peşəkar layihələr üçün VLAN, QoS və port idarəetməsi kimi imkanlar yer alır (modeldən asılı olaraq). Kompakt korpus, səssiz işləmə və dayanıqlı metal dizayn svitçi istənilən mühitdə rahat yerləşdirməyə imkan verir.
TP-Link Ethernet svitç modelləri PC və noutbuklar, IP kameralar, smart TV, oyun konsolları, printerlər, router və access point-lərlə tam uyğundur. İstifadə nümunələri: ofisdə işçi kompüterlərini bir şəbəkədə birləşdirmək, mağazada POS terminallarını stabil əlaqə ilə təmin etmək, evdə NAS və media server üçün gigabit xətt qurmaq, təhlükəsizlik sistemi üçün bir neçə IP kameranı mərkəzə toplamaq.
Keyfiyyətli TP-Link svitç seçərək şəbəkənizi daha sürətli, stabil və genişlənəbilən edin.
SOHO svitç necə seçilir — ev və kiçik ofis üçün
Svitç bir şəbəkə xəttini bir neçə cihaza bölür: router-in portları çatmayanda, televizor, kompüter, konsol, printer və kameraları kabellə qoşmaq üçün alınır. Seçimdə üç şey həlledicidir: port sayı, sürət (100 Mb/s yoxsa gigabit) və PoE olub-olmaması.
1. Sürət: 100 Mb/s, yoxsa gigabit?
Tarifiniz 100 Mb/s-dən yuxarıdırsa, mütləq gigabit model alın — adi 100 Mb/s svitç bütün xətti öz səviyyəsinə salır və pul verdiyiniz sürəti görməzsiniz. TL-SG ilə başlayan modellər gigabit, TL-SF isə 100 Mb/s-dir. Fərq bir neçə manatdır, amma nəticə ciddidir.
2. Port sayı — neçə port lazımdır?
Qayda: qoşacağınız cihaz sayı + 1 (xətt router-dən gəlir) + ehtiyat. 3 cihaz üçün 5 portlu, 6–7 cihaz üçün 8 portlu, kiçik ofis üçün 16 və ya 24 portlu model alınır. Portları tam doldurmaq düzgün deyil — bir-iki port ehtiyat qalsın.
3. PoE lazımdırmı?
Kamera və ya access point qoşacaqsınızsa, PoE svitç alın — bir kabel həm məlumat, həm cərəyan aparır, ayrıca rozetka lazım gəlmir. Yalnız kompüter və televizor qoşulacaqsa, PoE lazım deyil və adi model daha sərfəlidir. Kamera sistemi üçün PoE svitçlər bölməsinə baxın.
4. İdarə olunan, yoxsa yox?
| Tip | Nümunə | Kimə uyğundur |
|---|---|---|
| İdarə olunmayan (unmanaged) | TL-SG105, TL-SG108, TL-SF1008D | Ev, kiçik ofis — taxdın-işlədi, sazlama yoxdur |
| PoE-li unmanaged | TL-SG1005P, TL-SG1008P | 2–4 kamera və ya access point |
| Smart / idarə olunan | TL-SG105E, TL-SG108E, TL-SG2008 | VLAN, qonaq trafikinin ayrılması, monitorinq |
| Rack (19") | TL-SG1016, TL-SG1024 | Ofis şkafı, 16–24 nöqtə |
Evdə və kiçik ofisdə idarə olunmayan model tam kifayətdir. VLAN, port monitorinqi və ya trafik limiti lazım olanda «E» sonluqlu smart modellərə keçmək məntiqlidir.
5. Quraşdırma və kabel
Svitç sazlama tələb etmir: router-dən gələn kabeli istənilən porta taxmaq kifayətdir. Kabel Cat5e və ya Cat6 olmalıdır, bir xəttin uzunluğu 100 metrə qədər. Metal şkafın içində quraşdırılırsa, havalandırmaya diqqət edin.
Tez-tez verilən suallar
Svitç internetin sürətini azaldırmı?
Gigabit model azaltmır. 100 Mb/s model isə bütün qoşulu cihazları 100 Mb/s ilə məhdudlaşdırır — tarifiniz yüksəkdirsə, bu fərq açıq hiss olunur.
Svitç ilə router arasında fərq nədir?
Router interneti paylayır və Wi-Fi verir; svitç isə sadəcə kabel portlarının sayını artırır. Svitç tək başına internet vermir.
Neçə portlu almalıyam?
Cihaz sayının üstünə 1 uplink portu və 1–2 ehtiyat port əlavə edin. 4 cihaz üçün 8 portlu model rahat variantdır.
Kamera üçün hansı svitç lazımdır?
PoE dəstəkli model. Kamera sayı 4-dən çoxdursa və ya çöl kameraları varsa, PoE büdcəsinə diqqət edin — biz obyektə baxarkən bunu hesablayırıq.
Zəmanət varmı?
Bəli, bütün cihazlar TP-Link-in Azərbaycandakı rəsmi partnyorundan rəsmi zəmanətlə satılır.
Layihə və quraşdırma lazımdır?
Ofis şəbəkəsinin layihəsi, kabel çəkilişi, svitç və access point qurulumu — 200 ₼-dən. Bakıda baxış pulsuz, işə 6 ay zəmanət.
Ofis şəbəkəsi xidməti →
















