WiFi

Filtrlər

WiFi ilə tanış olun.

TP-Link WiFi kateqoriyası evdə və ofisdə sabit, sürətli və təhlükəsiz internet bağlantısı axtaranlar üçün ideal seçimdir. Müasir TP-Link marşrutlaşdırıcıları və mesh sistemləri geniş əhatə dairəsi yaradaraq “ölü zonalar” problemini azaldır, çoxmərtəbəli mənzillərdə və böyük sahələrdə belə güclü siqnal təmin edir. WiFi 5 və WiFi 6 (802.11ax) kimi qabaqcıl texnologiyalar sayəsində daha yüksək sürət, daha az gecikmə və eyni anda çox cihazın problemsiz qoşulması mümkün olur.

TP-Link həlləri smartfon, noutbuk, planşet, Smart TV, oyun konsolları, IP kamera və smart home cihazları ilə geniş uyğunluq təqdim edir. MU‑MIMO, Beamforming, dual-band və bəzi modellərdə tri-band dəstəyi sayəsində onlayn oyun, 4K/8K video yayımı, videokonfrans və uzaqdan iş zamanı bağlantı daha stabil qalır. Təhlükəsizlik tərəfdə isə WPA3 dəstəyi və inkişaf etmiş şəbəkə idarəetməsi şəxsi məlumatlarınızı qorumağa kömək edir.

TP-Link WiFi məhsulları asan quraşdırma və mobil tətbiq vasitəsilə idarəetmə ilə fərqlənir: qonaq şəbəkəsi yaratmaq, valideyn nəzarəti qurmaq, prioritet cihaz seçmək rahatdır. Evdə sürətli internet, ofisdə məhsuldar iş, kafedə qonaqlar üçün etibarlı şəbəkə — TP-Link ilə hər ssenari üçün uyğun WiFi router və ya Mesh WiFi tapmaq mümkündür.

Omada nədir və ofis üçün access point necə seçilir

Omada — TP-Link-in biznes üçün şəbəkə ekosistemidir. Adi ev routerindən fərqi budur: access point-lər, svitçlər və gateway vahid kontroller altında idarə olunur. Bir yerdən bütün nöqtələri görmək, eyni Wi-Fi adını bütün binada yaymaq, qonaq şəbəkəsi açmaq və problemi uzaqdan aradan qaldırmaq mümkün olur. Ofis, kafe, otel, anbar və məktəb üçün nəzərdə tutulub.

1. Sistem nədən ibarətdir

  • Access point (EAP) — Wi-Fi siqnalını yayan cihaz. Tavana və ya divara quraşdırılır, PoE ilə kabel üzərindən qidalanır.
  • PoE svitç — həm şəbəkə paylayır, həm də access point-lərə kabel vasitəsilə cərəyan verir. Ayrıca rozetka lazım olmur.
  • Gateway / router (məsələn ER605W) — internet bağlantısı, VPN və trafik idarəsi.
  • Kontroller — bütün sistemi idarə edən mərkəz. Fiziki cihaz (OC220), proqram təminatı və ya pulsuz bulud variantı ola bilər.

2. Neçə access point lazımdır

Təxmini hesablama: 1 EAP ≈ 80–120 m² açıq ofis sahəsi və ya 25–50 aktiv istifadəçi. Arakəsmələri və kabinetləri olan ofisdə sıxlıq artır — divar hər siqnalı zəiflədir. Anbar və istehsalat sahələrində metal rəflər siqnalı güclü əks etdirir, ona görə orada nöqtələri daha sıx yerləşdirmək lazım gəlir.

ModelQuraşdırmaStandartKimə uyğundur
EAP620 HDTavanWi-Fi 6 (AX1800)Ofis, kafe — çox cihazlı sıx mühit
EAP723TavanWi-Fi 7Yeni ofis, yüksək sürət tələbi
EAP727TavanWi-Fi 7Böyük sahə, maksimum buraxma qabiliyyəti
EAP725-OutdoorÇölWi-Fi 7Həyət, terras, anbar sahəsi, avtodayanacaq
EAP100-Bridge KITNöqtədən-nöqtəyəSimsiz körpüİki bina arasında kabel çəkmək mümkün olmayanda

3. Kontrolleri necə seçmək

Üç variant var və hər üçü eyni interfeysi verir. Omada Cloud — pulsuzdur, əlavə cihaz almaq lazım deyil, idarəetmə brauzerdən aparılır; kiçik obyektlər üçün ən sadə başlanğıcdır. Software Controller — kompüterə və ya serverə qurulur, lisenziya tələb etmir. Hardware Controller (OC220 kimi) — daim işləyən müstəqil cihazdır, ofisdə serveri olmayanlar üçün ən etibarlı variantdır. Vacib qeyd: kontroller sıradan çıxsa belə, access point-lər işləməyə davam edir — kontroller yalnız idarəetmə üçündür.

4. Kabel və qidalanma

Access point-lərə ayrıca rozetka çəkmək lazım deyil: PoE svitç cərəyanı şəbəkə kabeli ilə ötürür. Mövcud adi svitçiniz varsa, PoE inyektor (məsələn POE10R, POE260R) ilə də ötüşmək olar. Bina boyunca Cat5e/Cat6 kabel çəkilişi tələb olunur — bu, layihənin əsas işidir və quraşdırma zamanı hesablanır.

Tez-tez verilən suallar

Omada üçün abunə ödənişi varmı?

Xeyr. Omada Cloud idarəetməsi pulsuzdur, lisenziya və ya aylıq ödəniş tələb olunmur.

Adi router əvəzinə niyə Omada?

Adi router bir cihazdır və 20–30 istifadəçidən sonra tutmur. Omada-da nöqtələri artırmaqla sahəni genişləndirirsiniz, istifadəçi otaqdan-otağa keçəndə bağlantı kəsilmir və bütün şəbəkə bir paneldən idarə olunur.

Mövcud şəbəkəmə Omada əlavə edə bilərəmmi?

Bəli. Access point-ləri mövcud svitçə qoşub kontroller altında birləşdirmək mümkündür. Bütün avadanlığı bir anda dəyişmək lazım deyil.

Qonaq Wi-Fi-ı ayırmaq olarmı?

Bəli — ayrıca qonaq şəbəkəsi, parol və ya portal ilə giriş, sürət limiti və daxili şəbəkəyə çıxışın bağlanması standart imkanlardır.

Layihə və quraşdırma edirsiniz?

Bəli. Bakıda obyektə baxış, nöqtələrin sayının hesablanması və quraşdırma xidməti göstəririk — bizimlə əlaqə saxlayın.

Quraşdırma da lazımdır?

Router və mesh qurulumu, provayder konfiqurasiyası və Wi-Fi ölçülməsi — 25 ₼-dən. Bakıda baxış və hesablama pulsuz, işə 6 ay zəmanət.

Wi-Fi quraşdırılması xidməti →
Göstəriləcək sahələri seçin. Digərləri gizlədiləcək. Sıranı dəyişmək üçün sürüşdürün.
  • Şəkil
  • SKU
  • Reytinq
  • Qiymət
  • Anbarda
  • Mövcudluq
  • Səbətə at
  • Qısa təsvir
  • Təsvir
  • Specifications
Müqayisə panelini gizlətmək üçün kənara klikləyin
Müqayisə et