Ağıllı sensorlar
Ağıllı sensorlar ilə tanış olun.
TP-Link Ağıllı sensorlar kateqoriyası evinizi və ofisinizi daha təhlükəsiz, rahat və enerjiyə qənaətli etməyə kömək edir. Hərəkət, qapı/pəncərə açılması, temperatur və rütubət kimi parametrləri izləyən bu ağıllı sensorlar gündəlik nəzarəti avtomatlaşdırır və sizə real vaxt bildirişləri göndərir. TP-Link-in etibarlı texnologiyaları sayəsində cihazlar stabil işləyir, gecikmələr minimuma enir və istifadəsi olduqca sadədir.
Sensorlar TP-Link ekosistemi ilə uyğun şəkildə işləyərək ağıllı ev ssenariləri yaratmağa imkan verir: məsələn, qapı açıldıqda işıqların avtomatik yanması, gecə hərəkət aşkarlananda təhlükəsizlik siqnalının aktivləşməsi, rütubət yüksəldikdə ventilyasiyanın işə düşməsi. Smart sensor həlləri mobil tətbiq üzərindən idarə oluna bilər, seçilmiş modellər isə səsli köməkçilərlə inteqrasiya imkanları təqdim edir.
İstifadə nümunələri çoxdur: uşaq otağında temperaturun sabit saxlanması, anbar və ofisdə icazəsiz girişin izlənməsi, yay aylarında rütubətə nəzarət etməklə komfortun artırılması. TP-Link Ağıllı sensorlar ilə siz təhlükəsizlik, rahatlıq və ağıllı idarəetməni bir arada əldə edirsiniz — həm evdə, həm də iş yerində.
Ağıllı ev necə qurulur — Tapo ilə addım-addım
Ağıllı ev bir dəfəyə alınan dəst deyil. Düzgün yol — bir-iki cihazdan başlamaq, faydasını görmək və sonra genişləndirmək. Tapo-nun üstünlüyü də budur: bütün cihazlar eyni tətbiqdə işləyir, ona görə sonradan əlavə etdiyiniz hər cihaz mövcud sistemə öz-özünə qoşulur.
1. Hardan başlamaq lazımdır
Ən çox fayda verən üç başlanğıc: ağıllı rozetka (kondisioner, su qızdırıcısı, elektrik çaydanı — uzaqdan söndürmək və cədvəllə işlətmək), ağıllı lampa (işığın parlaqlığı və rəngi, səhər yumşaq oyanma) və kamera (evdə nə baş verdiyini görmək). Bunlar üçün əlavə avadanlıq lazım deyil — hər biri birbaşa Wi-Fi-a qoşulur.
| Nə istəyirsiniz | Hansı cihaz | Hub lazımdır? |
|---|---|---|
| Cihazı uzaqdan söndürmək, cədvəl qurmaq | Ağıllı rozetka | Xeyr |
| İşığın rəngi və parlaqlığı, atmosfer | Ağıllı lampa və lent | Xeyr |
| Divardakı açarı dəyişmək | Ağıllı açar | Xeyr |
| Qapı/pəncərə açılanda xəbər almaq | Sensorlar | Bəli |
| Evə nəzarət, bildiriş, yazı | Tapo kameralar | Xeyr |
| Təmizliyi avtomatlaşdırmaq | Robot tozsoran | Xeyr |
2. Hub nə vaxt lazımdır
Rozetka, lampa, açar və kamera birbaşa Wi-Fi ilə işləyir — hub lazım deyil. Hub yalnız sensorlar üçün tələb olunur: qapı/pəncərə sensoru, hərəkət sensoru, su sızması və düymə kimi cihazlar batareya ilə işlədiyi üçün Wi-Fi yox, az enerji sərf edən radio protokolu ilə hub-a qoşulur. Beləliklə batareya aylarla yox, illərlə davam edir. Evdə 10-dan çox cihaz planlaşdırırsınızsa, hub həm də router üzərindəki yükü azaldır.
3. Ssenarilər — əsas fayda burdadır
Tək-tək cihazları telefondan idarə etmək maraqlıdır, amma real rahatlıq avtomatlaşdırmadan gəlir. Tapo tətbiqində şərt-nəticə qaydaları qurulur: «gün batanda zal işığı 30% yansın», «hərəkət aşkarlananda dəhliz işığı 2 dəqiqəyə yansın», «hamı evdən çıxanda kondisioner sönsün», «su sensoru işə düşəndə telefona bildiriş gəlsin». Bir neçə cihazı bir düyməyə bağlamaq da mümkündür — məsələn «Yatıram» ssenarisi bütün işıqları söndürüb kameraları aktivləşdirir.
4. Səslə idarə və uyğunluq
Tapo cihazları Google Assistant və Amazon Alexa ilə işləyir — «Ok Google, zalın işığını söndür» kifayətdir. Yeni modellərin bir hissəsi Matter standartını dəstəkləyir, bu isə fərqli markaların cihazlarını eyni sistemdə birləşdirməyə imkan verir. Bütün cihazlar üçün stabil Wi-Fi vacibdir: cihaz sayı artdıqca mesh sistem və ya daha güclü router lazım ola bilər.
Bu mövzuda bloqumuzda
Tez-tez verilən suallar
Ağıllı ev üçün xüsusi təmir lazımdırmı?
Xeyr. Rozetka, lampa və kameralar mövcud elektrik və Wi-Fi ilə işləyir. Yalnız ağıllı açar quraşdırarkən divardakı açar qutusunda neytral naqilin olması yoxlanılmalıdır.
İnternet kəsiləndə cihazlar işləyəcəkmi?
Əsas funksiyalar qalır: açar və rozetka əl ilə işləyir, əvvəlcədən qurulmuş cədvəllər davam edir. İtən yalnız uzaqdan idarə və bildirişlərdir.
Bir tətbiqdən neçə cihaz idarə etmək olar?
Praktiki məhdudiyyət tətbiqdə yox, Wi-Fi şəbəkəsindədir. Adi ev routeri 20–30 cihazdan sonra çətinlik çəkir — bu həddən sonra mesh sistemə keçmək məsləhətdir.
Ağıllı rozetka elektrik sərfini göstərirmi?
Modeldən asılıdır — enerji monitorinqi olan modellər cihazın nə qədər cərəyan çəkdiyini tətbiqdə göstərir. Məhsul səhifəsində bu xüsusiyyət qeyd olunur.
Zəmanət varmı?
Bütün Tapo cihazları TP-Link-in Azərbaycandakı rəsmi partnyorundan rəsmi zəmanətlə satılır.
Quraşdırma da lazımdır?
Router və mesh qurulumu, provayder konfiqurasiyası və Wi-Fi ölçülməsi — 25 ₼-dən. Bakıda baxış və hesablama pulsuz, işə 6 ay zəmanət.
Wi-Fi quraşdırılması xidməti →






