TP-Link avadanlığını yalnız satmırıq — quraşdırır, konfiqurasiya edir və sonrakı dəstəyi veririk. Kamera sistemi, ev Wi-Fi-ı, ofis şəbəkəsi və texniki servis üzrə Bakı, Abşeron və bölgələrdə işləyirik. Bakıda obyektə baxış və hesablama pulsuzdur, görülən işə 6 ay zəmanət veririk.

Kamera quraşdırılması

Tapo və VIGI kameralar, NVR, yaddaş və uzaqdan baxış. Ev, mağaza, obyekt.

40 ₼-dən

Wi-Fi və router quraşdırılması

Router, mesh (Deco), gücləndirici qurulumu və provayder konfiqurasiyası.

25 ₼-dən

Ofis şəbəkəsi (Omada)

Access point, PoE svitç, kontroller, VLAN, layihə və kabel çəkilişi.

200 ₼-dən

Texniki dəstək və servis

Diaqnostika, nasazlıq axtarışı, proqram yeniləmə, köçürmə və yenidən qurulum.

25 ₼-dən

Niyə bizimlə?

  • TP-Link-in Azərbaycandakı rəsmi partnyoru — avadanlıq orijinaldır, zəmanət rəsmidir.
  • Bir ünvandan tam həll — avadanlığı da, quraşdırmanı da, sonrakı dəstəyi də biz veririk; problem çıxanda «cihaz bizdən deyil» deyən olmur.
  • Düzgün cihaz seçimi — obyektə baxıb ehtiyacdan artıq avadanlıq yazmırıq; çox vaxt müştərinin düşündüyündən ucuz həll çıxır.
  • 6 ay iş zəmanəti — quraşdırma ilə bağlı nasazlıq çıxsa, pulsuz aradan qaldırırıq.

Necə işləyirik

  1. Əlaqə. WhatsApp və ya zəng — nə lazım olduğunu qısaca danışırsınız.
  2. Baxış və hesablama. Bakıda pulsuz; obyektə gəlib ölçür, nöqtələri müəyyən edirik.
  3. Təklif. Avadanlıq siyahısı və işin qiyməti — gizli əlavə yoxdur.
  4. Quraşdırma. Kabel, montaj, konfiqurasiya, tətbiqin telefonunuza qurulması.
  5. Təhvil və dəstək. İstifadəni göstəririk, 6 ay iş zəmanəti işə düşür.

Əhatə dairəsi

Bakı və Abşeron — baxış pulsuz, eyni və ya növbəti gün. Bölgələr — Sumqayıt, Gəncə, Şəki, Lənkəran və digər rayonlara gedirik; bu halda yol xərci ayrıca hesablanır və əvvəlcədən razılaşdırılır.

Qiymətlər

Xidmət Başlanğıc qiymət
Kamera quraşdırılması (1 kamera) 40 ₼-dən
Router konfiqurasiyası 25 ₼-dən
Mesh sistem qurulumu (Deco) 60 ₼-dən
Şəbəkə kabeli çəkilişi 2 ₼/metr
Ofis şəbəkəsi layihəsi və qurulumu 200 ₼-dən
Diaqnostika və texniki dəstək 25 ₼-dən

Yekun qiymət obyektin ölçüsü, nöqtə sayı və kabel işinin həcmindən asılıdır. Bakıda baxış pulsuz olduğu üçün dəqiq rəqəmi əvvəlcədən bilirsiniz.

Bakıda baxış və hesablama pulsuzdur

Obyektə baxırıq, nəyin lazım olduğunu deyirik və dəqiq qiymət veririk. Görülən işə 6 ay zəmanət.

WhatsApp-dan yazın+994 77 444 23 23

Tez-tez verilən suallar

Avadanlığı sizdən almaq mütləqdirmi?

Xeyr. Öz cihazınızı da quraşdırırıq. Ancaq bizdən alınan avadanlıq həm rəsmi zəmanətlidir, həm də quraşdırma ilə birlikdə daha sərfəli çıxır.

Baxış həqiqətən pulsuzdur?

Bəli — Bakı və Abşeron üzrə obyektə baxış və hesablama pulsuzdur, heç bir öhdəlik yaratmır.

Nə qədər vaxt aparır?

Mənzildə router və ya mesh qurulumu 1–2 saat, 4 kameralıq ev sistemi adətən yarım gün, ofis şəbəkəsi isə həcmə görə 1–3 gün çəkir.

İşə zəmanət verirsiniz?

Bəli, görülən işə 6 ay zəmanət veririk. Avadanlığın öz zəmanəti isə rəsmi partnyor zəmanətidir.

Ödənişi necə edə bilərəm?

Nağd və kartla. Hüquqi şəxslər üçün köçürmə ilə, sənədli şəkildə işləyirik.

Göstəriləcək sahələri seçin. Digərləri gizlədiləcək. Sıranı dəyişmək üçün sürüşdürün.
  • Şəkil
  • SKU
  • Reytinq
  • Qiymət
  • Anbarda
  • Mövcudluq
  • Səbətə at
  • Qısa təsvir
  • Təsvir
  • Specifications
Müqayisə panelini gizlətmək üçün kənara klikləyin
Müqayisə et