CPE

Filtrlər

CPE ilə tanış olun.

TP-Link CPE kateqoriyası açıq hava şəraitində sabit və sürətli internet bağlantısı qurmaq üçün ideal həllər təqdim edir. Bu cihazlar uzun məsafəli simsiz əlaqə yaratmaq, kənd və qəsəbələrdə şəbəkəni genişləndirmək, həmçinin ofis, anbar, ferma və tikinti sahələrində etibarlı bağlantı təmin etmək üçün hazırlanıb. TP-Link CPE modelləri güclü antena quruluşu, yüksək ötürmə gücü və müxtəlif hava şəraitinə davamlı korpus sayəsində ilboyu stabil işləyir.

Müasir texnologiyalar – MIMO dəstəyi, səs-küyə qarşı optimallaşdırma və yüksək qazanc (high-gain) antenalar – əlaqənin keyfiyyətini artırır, gecikməni azaldır və daha geniş əhatə dairəsi yaradır. Bir çox CPE access point həlləri həm point-to-point, həm də point-to-multipoint ssenarilərində effektivdir: məsələn, iki bina arasında körpü qurmaq, videomüşahidə kameralarını şəbəkəyə qoşmaq və ya distant ofisdə interneti paylaşmaq.

TP-Link CPE avadanlıqları router, switch, modem və IP-kameralarla asan uyğunlaşır, quraşdırılması isə sadədir. İnkişaf etmiş idarəetmə funksiyaları sayəsində şəbəkəni nəzarətdə saxlamaq rahatdır. Əgər siz etibarlı outdoor CPE, uzun məsafəli Wi‑Fi bağlantısı və sərfəli şəbəkə genişləndirmə həlli axtarırsınızsa, TP-Link CPE seriyası düzgün seçimdir.

Simsiz körpü (CPE / Pharos) — kabel çəkmək mümkün olmayanda

CPE iki nöqtə arasında havadan şəbəkə körpüsü qurur. Tipik hallar: küçənin o tayındaki anbar, həyətdəki ikinci bina, tikinti sahəsi, bağ evi, fermada uzaq tikili. Kabel və ya fiber çəkmək mümkün deyilsə ya çox baha çıxırsa, bu ən sürətli həlldir.

Bir şərt var: görüş xətti

İki cihaz bir-birini “görməlidir”. Arada bina, hündür ağac və ya təpə varsa körpü işləmir. Ona görə cihazlar dama, dirəyə və ya divarın yuxarı hissəsinə quraşdırılır. Ağac yarpaqları da mane olur — qışda işləyən, yazda zəifləyən körpülərin səbəbi məhz budur.

Məsafəyə görə seçim

MəsafəNə uyğundur
100–500 mGiriş səviyyəli CPE cütlüyü — kamera və ofis trafiki üçün bəs edir
0,5–5 kmDaha yüksək antena gücü olan CPE / Pharos modelləri
5 km-dən çoxXüsusi antena və dəqiq yönləndirmə tələb olunan layihə — əvvəlcə baxış lazımdır

Quraşdırmada praktik məsələlər

Cihazlar PoE ilə qidalanır, yəni dirəyə yalnız şəbəkə kabeli gedir. Kabel açıq havada olduğu üçün UV-davamlı olmalı və ildırımdan qorunma (grounding) nəzərə alınmalıdır. Yönləndirmə diqqət tələb edir — bir neçə dərəcə sapma siqnalı ciddi azaldır; cihazın interfeysindəki siqnal göstəricisi ilə dəqiqləşdirilir.

Belə layihələri obyektə baxışdan sonra biz də quraşdırırıq — ofis şəbəkəsi qurulumu bölməsinə baxın; Bakı və Abşeron üzrə baxış pulsuzdur.

Simsiz körpülər haqqında suallar

CPE Wi-Fi paylayırmı?

Onun işi körpü qurmaqdır, ev Wi-Fi-ı vermək deyil. Uzaq nöqtədə cihazların Wi-Fi ilə qoşulması lazımdırsa, körpünün arxasına adi router və ya access point qoşulur.

Yağış və külək təsir edirmi?

Cihazlar açıq hava üçün hazırlanıb. Güclü yağış və qar siqnalı müvəqqəti zəiflədə bilər, ona görə layihədə ehtiyat marja saxlanılır. Külək dirəyi tərpədirsə, yönləndirmə pozula bilər — bərkidicinin möhkəm olması vacibdir.

Kameralar bu körpü üzərindən işləyəcəkmi?

Bəli, ən çox istifadə olunan hal elə budur. Yalnız kameraların ümumi trafiki körpünün real sürətindən aşağı olmalıdır — 4–8 kamera üçün giriş səviyyəli cütlük adətən kifayətdir.

Neçə cihaz lazımdır?

Ən azı iki — hər nöqtədə bir. Bir mərkəzdən bir neçə nöqtəyə yayım lazımdırsa, mərkəzdə sektor antenalı baza, uzaq nöqtələrdə isə CPE quraşdırılır.

Zəmanət varmı?

Bəli, bütün cihazlar TP-Link-in Azərbaycandakı rəsmi partnyorundan rəsmi zəmanətlə satılır.

Quraşdırma da lazımdır?

Router və mesh qurulumu, provayder konfiqurasiyası və Wi-Fi ölçülməsi — 25 ₼-dən. Bakıda baxış və hesablama pulsuz, işə 6 ay zəmanət.

Wi-Fi quraşdırılması xidməti →
Göstəriləcək sahələri seçin. Digərləri gizlədiləcək. Sıranı dəyişmək üçün sürüşdürün.
  • Şəkil
  • SKU
  • Reytinq
  • Qiymət
  • Anbarda
  • Mövcudluq
  • Səbətə at
  • Qısa təsvir
  • Təsvir
  • Specifications
Müqayisə panelini gizlətmək üçün kənara klikləyin
Müqayisə et