Ekstenderlər

Filtrlər

Ekstenderlər ilə tanış olun.

TP-Link Ekstenderlər evdə və ofisdə Wi‑Fi siqnalını gücləndirmək, “ölü zonaları” aradan qaldırmaq və interneti daha stabil etmək üçün ideal həllərdir. Bu kateqoriyada yer alan Wi‑Fi ekstensderlər (range extender) mövcud routerinizin siqnalını genişləndirərək yataq otağı, mətbəx, balkon, qaraj və ya çoxmərtəbəli evlərdə belə daha geniş əhatə təmin edir. TP-Link cihazlarında OneMesh, Beamforming, Dual Band (2.4 GHz və 5 GHz), eləcə də ağıllı siqnal indikatoru kimi texnologiyalar sayəsində qoşulma daha rahat, sürət isə daha sabit olur.

Ekstender qurğuları bir çox router və modemlərlə yüksək uyğunluq göstərir; smartfon, noutbuk, Smart TV, oyun konsolu, planşet və IoT cihazları ilə problemsiz işləyir. WPS düyməsi ilə sürətli quraşdırma, mobil tətbiq vasitəsilə idarəetmə və təhlükəsizlik protokolları isə gündəlik istifadədə rahatlıq yaradır.

İstifadə nümunələri: onlayn dərslər və videozənglər üçün stabil Wi‑Fi, 4K yayımda donmaların azalması, oyunlarda gecikmənin minimuma enməsi, ofisdə əlavə otaqlara internetin çatdırılması. Daha geniş əhatə və güclü siqnal axtarırsınızsa, TP-Link Ekstenderlər Wi‑Fi şəbəkənizi asanlıqla növbəti səviyyəyə qaldıracaq.

Wi-Fi gücləndirici (extender) necə seçilir

Extender mövcud Wi-Fi siqnalını tutub yenidən yayır. Onu siqnalın hələ tutduğu, amma zəiflədiyi yerə qoymaq lazımdır — router ilə problemli otaq arasında, təxminən yarı məsafədə. Ən çox edilən səhv budur: gücləndiricini siqnalın ümumiyyətlə çatmadığı ən uzaq otağa qoymaq. Belə olanda cihaz zəif siqnalı gücləndirir və nəticə yaxşılaşmır.

1. Modellərin müqayisəsi

ModelStandartSürətKimə uyğundur
TL-WA850RE, TL-WA855REWi-Fi 4300 Mb/sƏn sadə ehtiyac — bir otaq, yazışma və video zənglər
TL-WA860REWi-Fi 4300 Mb/sEyni + əlavə rozetka (cihaz rozetkanı örtmür)
RE200Wi-Fi 5750 Mb/sİki diapazonlu — 5 GHz-də daha sürətli
RE305Wi-Fi 51200 Mb/sVideo yayım, daha çox cihaz
RE505XWi-Fi 61500 Mb/sWi-Fi 6 routerlə birlikdə, çox cihazlı ev
RE705XWi-Fi 63000 Mb/sGeniş sahə, yüksək tarif
RE235BEWi-Fi 7BE3600Wi-Fi 7 routeri olan ev, maksimum sürət

2. Extender, mesh, yoxsa powerline?

Extender — ən ucuz və sürətli həll, 15 dəqiqəyə qurulur. Çatışmazlığı: siqnalı təkrar yaydığı üçün sürət təxminən yarıya düşür və çox vaxt ayrıca şəbəkə adı yaranır. Mesh (Deco) — bütün evdə vahid şəbəkə, otaqdan-otağa keçəndə bağlantı kəsilmir; daha bahalıdır, amma düzgün həll budur. Powerline — siqnalı elektrik xətti ilə ötürür; qalın beton divarlar Wi-Fi-ı tamamilə kəsirsə, bu, yeganə kabelsiz variant ola bilər.

Sadə qayda: bir otaqda problem varsa — extender. Bütün evdə örtük lazımdırsa — mesh. Divarlar siqnalı öldürürsə — powerline.

3. OneMesh — extender ilə vahid şəbəkə

Bəzi TP-Link routerləri və gücləndiriciləri OneMesh texnologiyasını dəstəkləyir. Hər ikisi OneMesh-dirsə, extender ayrıca şəbəkə yaratmır — router ilə birlikdə vahid Wi-Fi şəbəkəsi qurur, telefon otaqdan-otağa keçəndə özü ən güclü nöqtəyə keçir. Yəni mesh-ə yaxın nəticəni mövcud routerlə almaq mümkündür. Uyğunluğu məhsul səhifəsində yoxlayın.

4. Quraşdırma

Ən sadə yol: gücləndiricini routerin yanındakı rozetkaya taxın, Tether tətbiqi və ya WPS düyməsi ilə qoşun, sonra çıxarıb problemli otağa yaxın rozetkaya keçirin. Cihazın üzərindəki siqnal indikatoru düzgün yeri tapmağa kömək edir — yaşıl işıq yer uyğundur deməkdir.

Tez-tez verilən suallar

Extender sürəti azaldırmı?

Bəli, adətən yarıya qədər — cihaz eyni anda həm routerlə, həm də sizinlə əlaqə saxlayır. İki diapazonlu modellərdə (RE305 və yuxarı) bu itki xeyli azdır.

Şəbəkə adı dəyişəcəkmi?

Adi rejimdə extender adətən «_EXT» sonluqlu ayrıca şəbəkə yaradır. OneMesh dəstəklənirsə, ad eyni qalır və şəbəkə vahid olur.

Hansı rozetkaya taxmaq lazımdır?

Router ilə problemli otaq arasında, siqnalın hələ yaxşı tutduğu nöqtədə. Cihazın indikatoru yaşıl yanırsa, yer düzgündür.

Bir neçə extender istifadə etmək olarmı?

Texniki olaraq olar, amma tövsiyə edilmir — hər biri sürəti bir daha azaldır. İki-üç nöqtə lazımdırsa, mesh sistem daha düzgün seçimdir.

Zəmanət varmı?

Bəli, bütün cihazlar TP-Link-in Azərbaycandakı rəsmi partnyorundan rəsmi zəmanətlə satılır.

Quraşdırma da lazımdır?

Router və mesh qurulumu, provayder konfiqurasiyası və Wi-Fi ölçülməsi — 25 ₼-dən. Bakıda baxış və hesablama pulsuz, işə 6 ay zəmanət.

Wi-Fi quraşdırılması xidməti →
Göstəriləcək sahələri seçin. Digərləri gizlədiləcək. Sıranı dəyişmək üçün sürüşdürün.
  • Şəkil
  • SKU
  • Reytinq
  • Qiymət
  • Anbarda
  • Mövcudluq
  • Səbətə at
  • Qısa təsvir
  • Təsvir
  • Specifications
Müqayisə panelini gizlətmək üçün kənara klikləyin
Müqayisə et